19 C
Baku
8 Sentyabr 2024, 3:41
Baş xəbərDünya

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub

Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsi baş verib. Mübadilə çərçivəsində 95 Ukrayna və 95 Rusiya əsgəri azad edilib.

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə iki ölkə arasında yeni əsir mübadiləsi aparılıb. Əsir mübadiləsi çərçivəsində 95 Rusiya və 95 Ukrayna əsgəri azad edilib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, azad edilən əsgərlərin Ukrayna əsirliyində olarkən “ölümcül təhlükə” ilə üzləşdiyi, geri qayıdan əsgərlərin sağlamlıqlarının yoxlanılması, fiziki və psixoloji reabilitasiya üçün Moskvaya aparılacağı bildirilib.

Ukrayna prezidenti Vladimir Zelenski açıqlamasında bildirib ki, azad edilən ukraynalı məhbuslar Ukrayna ordusuna, milli qvardiyasına və sərhəd mühafizəsinə məxsusdur. “Biz insanlarımızı vətənə gətirməyə davam edirik. Daha 95 döyüşçünü rus əsirliyindən xilas etmək mümkün oldu. Mübadilə üçün məsul komandamıza və vasitəçiliyə görə Birləşmiş Ərəb Əmirliklərinə minnətdaram. Nə qədər çətin olsa da, hamını geri qaytarmalıyıq”, – deyə Zelenski bildirib.

Bu, son 7 həftə ərzində iki ölkə arasında üçüncü məhbus mübadiləsi olub. İyun ayında baş tutan məhbus mübadiləsi çərçivəsində Rusiya və Ukrayna qarşılıqlı olaraq 180 məhbusu azad ediblər.

Mənbə:  TGRT

Aynur Camal

Oxşar xəbərlər

“Planet-qatil” adlandırılan astroid yer kürəsi ilə kəsişə bilər.

Teymur Əziz

Meşəlik ərazilərə giriş qadağan edildi

Bugün TV

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın orbitə kəşfiyyat peyki buraxmasını pislədi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu