Baş xəbərDünya

İsrail Qəzzanın şimal-qərbinə hücum edib

İsrailin Qəzzanın şimal-qərbində toplaşan fələstinliləri hədəf alan bombardmanlarında 3 nəfər həyatını itirib.

Qəzzada Mülki Müdafiə Birliyi İsrail ordusunun Qəzza şəhərinin Əl-Şati rayonunu hədəf aldığını açıqlayıb.

Hücumda 3 fələstinlinin həyatını itirdiyi, çox sayda insanın yaralandığı açıqlanıb.

İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 694-ü uşaq və 10 min 279-u qadın olmaqla 38 min 794 fələstinli həyatını itirib, 89 min 364 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Pul qazandığını deyərək ərinə zarafat etdi, iki həftə sonra özü milyonçu oldu

Aynur Camal

“Johnson & Johnson” şirkətinin gəliri 25,4 milyard dollara çatdı

Aynur Camal

Pastorun “dünyanın sonu” ilə bağlı iddiası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu