Dünya

Rusiya ilə ABŞ arasında poçt və yük daşımaları bərpa olundu

Bugun.tv xəbər verir ki, Rusiya və ABŞ arasında 2022-ci ildə dayandırılmış poçt və yük göndərişləri yenidən bərpa edilib.

Məlumata görə, Rusiyanın dövlət poçt və kargo operatoru Pochta Rossii may ayının sonundan etibarən iki ölkə arasında qarşılıqlı göndəriş xidmətlərinin yenidən fəaliyyətə başladığını açıqlayıb.

Şirkətin məlumatında bildirilir ki, ABŞ-dan Rusiyaya göndərilən bağlamaların əksəriyyətini elektron ticarət məhsulları təşkil edir. Bu məhsullar arasında geyim, ayaqqabı, elektronika və digər istehlak malları yer alır.

Məsələ ilə bağlı TASS agentliyinin yaydığı məlumatda qeyd olunur ki, iki ölkə arasında poçt və kargo daşımaları birbaşa deyil, üçüncü ölkələr üzərindən həyata keçirilir.

Xatırladaq ki, Rusiya ilə ABŞ arasında poçt və yük daşımaları 2022-ci ildə geosiyasi gərginlik və logistika məhdudiyyətləri səbəbindən dayandırılmışdı. Yeni qərarın beynəlxalq ticarət və elektron alış-veriş sahəsində müəyyən canlanmaya səbəb olacağı gözlənilir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

PFAS və mikroplastiklər içməli su üçün ciddi təhlükə yaradır

Aynur Camal

NASA: Yeraltı su sistemləri Böyük Kanyonun su dövranını izah edir

Aynur Camal

Bakı Forumu qlobal mənzil böhranı üçün yol xəritəsi kimi qiymətləndirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu