14 C
Baku
22 Noyabr 2024, 11:09
Dünya

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub

BƏƏ-nin vasitəçiliyi ilə müharibə şəraitində olan Ukrayna ilə Rusiya arasında 150 nəfərlik əsir mübadiləsi baş tutub. Rusiya Müdafiə Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində əsir götürülmüş 75 rus əsgərinin müqabilində 75 ukraynalı əsgərin azad edildiyini bildirib.

Nazirlikdən verilən açıqlamada Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi ilə bağlı məlumat verilib.

Açıqlamada Ukraynadan əsir götürülən 75 rus əsgərinin geri alındığı, bunun müqabilində isə 75 Ukraynalı əsir əsgərin Ukrayna Silahlı Qüvvələrinə verildiyi bildirilib.

Açıqlamada məhbus mübadiləsinin BƏƏ-nin vasitəçiliyi ilə həyata keçirildiyi bildirilib.

Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabındakı paylaşımında Rusiyanın əsir götürdüyü 75 əsgərin Ukraynaya qaytarılmasını təmin etdiklərini açıqlayıb.

Xəbər mənbəyi: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

ABŞ silah tədarükünü kəsir/ İsrail: “Rəfaha hücum etmək üçün kifayət qədər silahımız var”

Aynur Camal

Netanyahunun silah şikayətindən sonra ABŞ yük təyyarəsi Təl-Əvivə enib

Aynur Camal

Yunanıstan 4 sahil döyüş gəmisi almağı planlaşdırır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu