Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat konfransında cari məsələlərlə bağlı açıqlama verib. İranın nüvə infrastrukturuna hərbi hücum təhdidlərinin qəbuledilməz olduğunu vurğulayan Zaxarova ABŞ-ın Tehranı hədəfə almasının “qlobal fəlakətə” səbəb ola biləcəyinə diqqət çəkib.
ABŞ-ın İrana qarşı təhdidlərini dəyərləndirən Zaxarova, “İrana qarşı çıxanların hərbi güc tətbiq etməsi qeyri-qanuni və qəbuledilməz olardı” deyib. İranın nüvə infrastruktur obyektlərinin bombalanması ilə bağlı xarici təhdidlərin qarşısı alınmaz qlobal fəlakətə səbəb olacağını deyən Zaxarova əlavə edib: “Bu təhdidlər qəbuledilməzdir. İranın dinc nüvə enerjisi əldə etmək hüququ var”.
ABŞ prezidenti Donald Tramp deyib ki, əgər razılaşma əldə olunmasa, İran onun nüvə proqramı ilə bağlı birbaşa danışıqlar təklifini rədd etdikdən sonra İran daha əvvəl görmədikləri şəkildə bombalanacaq.
Zaxarova ABŞ-ın İrana hücum edəcəyi təqdirdə qeyri-qanuni addım atacağını və Tehran administrasiyasına dəstək verdiklərini vurğulayıb. Tramp administrasiyasının İrana qarşı mümkün hücumunun “düzəldilməz səhv” olacağını ifadə edən Zaxarova Rusiyanın İrana hücumlara qarşı olacağını bildirib. Fransada prezident Emmanuel Makronun rəqibi olan ifrat sağçı lider Marin Le Penə qarşı çıxarılan siyasi qadağa qərarından danışan Zaxarova, Le Penin mühakiməsi ilə “Fransada demokratiya ölüb” deyib.
Ukraynadakı son vəziyyətlə bağlı açıqlama verən Zaxarova bildirib ki, Ukrayna hücumlarını davam etdirərək müharibə cinayətləri törətməkdə davam edir və bütün sülh təşəbbüslərini qəsdən pozur. Son üç ildə sülhə nail olmaq üçün hər cür cəhdin edildiyini vurğulayan Zaxarova, Moskvanın hər zaman siyasi və diplomatik həll yolunun prioritet olduğunu bəyan etdiyini bildirib.
Mənbə: HurriYet