Image default
Baş xəbərDünya

Rusiya Kiyevi vurdu: Ən azı 13 nəfər öldü, 97 nəfər yaralandı

Rusiyanın Ukraynanın paytaxtı Kiyevi pilotsuz uçan aparat və raket hücumları ilə vurduğu bildirilir. Kiyev meri Vitali Kliçko hücumlarda ən azı 13 nəfərin öldüyünü, 97 nəfərin yaralandığını açıqlayıb.

Rusiya ilə Ukrayna arasında sülh razılaşması ümidləri davam edərkən, Rusiya Ukraynanın paytaxtı Kiyevi hədəf alıb. Kiyev Hərbi İdarəsindən verilən açıqlamada Rusiyanın gecə saatlarında şəhərin müxtəlif yerlərində pilotsuz təyyarələr, idarə olunan raketlər və ballistik raketlərlə genişmiqyaslı hücumlar təşkil etdiyi bildirilib.

Kiyev Hərbi Administrasiyasının rəhbəri Tymur Tkaçenko bildirib ki, hücumlardan sonra çoxlu yaşayış evləri və avtomobillərdə yanğınlar baş verib, ticarət binalarına ziyan dəyib.Tkaçenko bildirib ki, bir çox bölgələrdə raket və dron hissələri aşkarlanıb. Kiyev meri Vitali Kliçko hücumlarda azı 13 nəfərin öldüyünü, 1-i hamilə qadın və 6-sı uşaq olmaqla 97 nəfərin yaralandığını açıqlayıb.

38 nəfərin xəstəxanaya aparıldığı barədə məlumatı paylaşan Kliçko axtarış-xilasetmə işlərinin davam etdiyini də sözlərinə əlavə edib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Xəzər dənizi son 30 ildə 7,4 faiz kiçilib – alimlər peyk görüntüləri ilə təhlükəli dəyişiklikləri açıqlayıblar

Aynur Camal

Əlcəzairdə uşaq evində baş verən yanğında 11 nəfər ölüb

Aynur Camal

İki qayığın batması nəticəsində 500-dən çox rohincanın həlak olduğu ehtimal edilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu