30 C
Baku
29 İyul 2025, 14:30
Dünya

Rusiya nümayəndə heyəti İstanbula gəldi

Rusiya nümayəndə heyəti Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sabah keçirilməsi planlaşdırılan danışıqlar üçün İstanbula gəlib.

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüşün sabah Çırağan sarayında keçirilməsi planlaşdırılır.

Görüşlə bağlı Ukrayna prezidenti Vladimir Zelenski sabah İstanbulda keçiriləcək Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün keçiriləcək sülh danışıqlarında iştirak etmək üçün Ukrayna nümayəndə heyətini təyin etdiyini və müdafiə naziri Rustem Umerovun nümayəndə heyətinə başçılıq edəcəyini açıqlayıb.

Həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya iyunun 2-də İstanbulda danışıqların yeni mərhələsini təklif etdiklərini və Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinskinin nümayəndə heyətinə başçılıq edəcəyini bildirib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Putin Kursk qrupunun komanda məntəqəsinə hərbi geyimdə gəldi

Aynur Camal

“Afrikanın BMT Təhlükəsizlik Şurasında daimi nümayəndəliyinin olmaması qəbuledilməzdir”

Aynur Camal

Silahlı hücumda 4 nəfər öldü

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu