Sosial

Türkiyə və Azərbaycan mediası ilə bağlı önəmli müzakirələr-fotolar

Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində “Dezinformasiyaya qarşı mübarizə” mövzusunda Türkiyə İletişim Başkanlığının Bakıdakı Mətbuat Müşavirliyi və Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə analitiklər və köşə yazarları ilə birə müzakirələr keçirilib.

Bugun.tv  bu barədə xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi (STM) Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat Müşavirliyinin təşkilatçılığı ilə aparılan media müzakirələri barədə açıqlama yayıb. Bildirilir ki, bu tədbir iki ölkə arasında media sahəsində strateji əməkdaşlığın inkişafına yeni təkan verir: “Müzakirələrdə gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məqamlar müzakirə olunub”.

Qeyd edək ki, müzakirələrdə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin rəhbəri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir, həmçinin Azərbaycandan və Türkiyədən olan media təmsilçiləri, ekspertlər çıxış edərək “Bir millət, iki dövlət”in, həmçinin Türk dünyasının mənafeyinə xidmət edən təşəbbüslərlə çıxış ediblər, perspektiv planlardan danışıblar, ortaq maraqlarımızın müdafiəsi istiqamətində qiymətli fikirlər söyləyiblər. Bu kimi faydalı müzakirələrin hər iki ölkədə davam etdirilməsi məqsədəuyğun sayılıb.

Mənbə: Musavat.com

Aynur Camal

Oxşar xəbərlər

Qərbi Azərbaycan İcmasında ilk yarımilin yekunları müzakirə olundu

Aynur Camal

“CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün xüsusi kampaniyaya başladı

Bugün TV

Ceyhun Məmmədov: Milli dəyərlərin qorunmasında gənclərin üzərinə böyük məsuliyyət düşür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu