Dünya

Rusiya ordusu raketlər yağdırdı: Çoxlu ölü və yaralı var

Rusiya-Ukrayna müharibəsi bütün şiddəti ilə davam edir.

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Hirnik qəsəbəsinə raket zərbəsi endirib.

Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada; Rusiya ordusunun hücumu nəticəsində 2 nəfərin öldüyü, 6 nəfərin yaralandığı bildirilib.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin tibb işçiləri bölgədə işlərini davam etdirərkən, bir yaralıya ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb. Həmin anlar saniyə-saniyə kameraya düşüb.

 Rusiya ordusu Odessa limanında yerləşən “Nova Post” şirkətinin poçt anbarına da raket zərbəsi endirib.

Hücum nəticəsində 14 nəfərin yaralandığı bildirilib.

Raket hücumundan sonra qısa müddətdə güclənən yanğın nəticəsində anbarın yükləmə sahəsi ciddi ziyan görsə də, qruplar alovu nəzarət altına ala bilib. Bölgəyə psixoloqlar da daxil olmaqla 68 xilasedici göndərilib.

Mənbə: TGRT

Elnarə Dərziyeva

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu