Siyasət

Rusiya “Şimal axını”təxribatı ilə bağlı sənədləri BMT-yə təqdim edəcək

“Rusiya tezliklə Almaniya, Danimarka və İsveçlə “Şimal axını” qəzalarının təhqiqatı ilə bağlı yazışmaları BMT Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edəcək”.

Bugun.tv xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski “The Dive” YouTube kanalına müsahibəsində bildirib.

“Onlar hər hansı məlumat əldə etməyi rədd edirlər. Təsirə məruz qalan tərəf olmağımızdan asılı olmayaraq, hər hansı bir iştirakdan imtina edirlər. Ona görə də biz bu araşdırmanın bir hissəsi olmalıyıq. Şəffaflıq üçün sğzügedən yazışmaları tezliklə dərc edəcəyik və Təhlükəsizlik Şurasının üzvləri arasında paylayacağıq”, – Polyanski əlavə edib.

Diplomat qeyd edib ki, Qərb mətbuatında Şimal axınında baş verən qəzalarla bağlı son məlumatlar diqqəti baş verənlərdən yayındırmaq cəhdidir.

Polyanski bildirib ki, “Şimal axını” boru kəmərlərində təxribat aktlarının beynəlxalq təhqiqatına dair qətnaməyə səsvermə çox güman ki, martın sonunda BMT Təhlükəsizlik Şurasında keçiriləcək.

 

Bugün TV

Oxşar xəbərlər

Trumpın təyyarəsi Çinə endi: Şi Cinpinqlə kritik görüş başlayır

Aynur Camal

İran şahının oğlu ABŞ-ni Tehrana qarşı qəti addımlara çağırdı

Aynur Camal

Məhəmməd Əsədullazadə: Ermənistanda seçkilərin əsas mövzusu müharibə və sülh məsələsidir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu