Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya və ABŞ Ukraynada sülhün bərqərar olması üçün intensiv diplomatik səylər göstərirlər. Moskvada jurnalistlərin suallarını cavablandıran Peskov “tərəflərin apardığı işlərdən müsbət nəticə əldə edəcəklərinə ümid etdiklərini” bildirib.
Peskov paytaxt Moskvada jurnalistlərlə cari məsələləri müzakirə edib.
Rusiya ilə ABŞ arasındakı münasibətlərə toxunan Peskov, iki ölkənin iqtisadiyyat sahəsində əməkdaşlıq üçün böyük potensiala malik olduğunu bildirib və əlavə edib ki, “Rusiya ilə ABŞ arasında qarşılıqlı əlaqə mütləq dünya üçün sabitləşdirici rol oynaya bilər”.
“Moskva ABŞ prezidenti Donald Trampın Ukrayna böhranının həlli ilə bağlı nikbinliyini bölüşürmü? sualına o cavab verdi:
“Bu məsələ ilə bağlı çox gərgin iş prosesi davam edir. Məsələ ciddi olduğu üçün ondan nəticə gözləmək mümkün deyil. Ümid edirik ki, işdən müsbət nəticə əldə edəcəyik. Hazırda Moskva ilə Vaşinqton arasında intensiv iş aparılır. Bu işlər sülhün bərqərar olmasına yönəlib”.
Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun “Tərəflər Ukraynada davamlı sülhə yaxınlaşır” açıqlamasını dəyərləndirən Peskov, bu mövzuda saziş layihəsinin hələ hazırlanmadığını, lakin buna doğru irəliləmək üçün siyasi iradənin olduğunu qeyd edib.
Avropanın Ukrayna böhranına yanaşmasına toxunan Peskov bildirib ki, Avropa ölkələri Ukraynada müharibənin davam etdirilməsi və Kiyev administrasiyasını dəstəkləmək üçün işlərini davam etdirir.
Peskov bəyan edib ki, yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə Tramp arasında telefon danışığı planlaşdırılmır.
Peskov ABŞ-ın İrana zənginləşdirilmiş uran ehtiyatlarını Rusiyaya təhvil verməsini təklif etməsi ilə bağlı iddialara isə cavab verməyib.
Mənbə: HurriYet