Dünya

Rusiya şəkər ixracına qadağa qoydu

Rusiya hökuməti şəkər ixracını müvəqqəti olaraq qadağan etdiyini açıqlayıb. Rusiya hökumətindən verilən yazılı açıqlamada ölkənin ərzaq bazarında sabitliyin qorunması üçün şəkər ixracı ilə bağlı tədbirlərin görüldüyü bildirilib.

Müvafiq olaraq, 31 avqust 2024-cü il tarixinədək şəkər ixracına qadağa qoyulsa da, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistana ixraca müəyyən miqdarda güzəştlər edilib.

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, ölkədə hər il 6 milyon ton şəkər istehlak edilir və bu il təxminən 6,9 milyon ton şəkər istehsal ediləcəyi gözlənilir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Kiyev vilayətində hərbi təlim obyektini raketlə vurdu: 10 nəfər ölüb, 100-ə yaxın yaralı var

Aynur Camal

Hörmüz boğazında humanitar böhran: Təxminən 6 min dənizçi gəmilərdə köməksiz qaldı

Aynur Camal

Dünyanın ən ucuz kirayəsi burada: İllik cəmi 0,88 avro, lakin 3 şərt var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu