Image default
Dünya

“Rusiya təbabətində “çox böyük sıçrayış” baş verib”

Bugun.tv xəbər verir ki, Rusiya Səhiyyə naziri Mixail Muraşko ölkənin səhiyyə sistemində son illərdə baş verən inkişafı elmi fantastika ilə müqayisə edib.

Muraşko Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum (PMEF) çərçivəsində “VK Video” platformasına verdiyi müsahibədə bildirib ki, son 10 ildə Rusiya təbabətində “çox böyük sıçrayış” baş verib.

Onun sözlərinə görə, müasir tibbi avadanlıqlar, yeni texnologiyalar, hüceyrə terapiyası, molekulyar diaqnostika və yeni farmakoloji yanaşmalar səhiyyəni tamamilə dəyişdirib. Nazir qeyd edib ki, bu inkişaf tempi o qədər sürətlidir ki, bəzi yeniliklər “elmi fantastika əsərlərində təsvir olunan texnologiyaları xatırladır”.

Muraşko həmçinin bildirib ki, əvvəllər müalicə üçün xaricə gedən bir çox Rusiya vətəndaşı indi dövlət xəstəxanalarında yüksək səviyyəli xidmət aldığını görərək təəccüblənir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Tramp administrasiyası Ukrayna üçün ayrılan 400 milyon dolları dondurdu

Aynur Camal

Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini vəzifədən azad etdi

Aynur Camal

WSJ: Tramp Səudiyyə Ərəbistanı ilə 30 illik nüvə sazişini təsdiqlədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu