Image default
Dünya

Rusiya Telegram-ın ən böyük rəqiblərindən biri olan Signal-a qadağa qoyub

Rusiya “Signal” mesajlaşma proqramına girişi qanunvericiliyə uyğun gəlmədiyi üçün bloklayıb.

WhatsApp-ın istifadəçi məlumatlarını Facebook ilə paylaşacağını elan etdikdən sonra istifadəçi sayını xeyli artıran Signal bir anda populyarlaşdı.

Xüsusilə istifadəçi məxfiliyinə diqqət yetirən və populyarlığını artıran “Singal” tətbiqi Rusiyada qadağan edilib.

Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Agentliyi tərəfindən edilən yazılı açıqlamada Siqnalın terror və ekstremizmə qarşı qanunvericiliyə uyğun olmadığı bildirilib.

“Siqnal tətbiqinə giriş Rusiya qanunvericiliyinin tələblərinin pozulması səbəbindən məhdudlaşdırılıb”, – məlumatda deyilib.

Rusiyada giriş qadağaları əvvəllər Facebook, X və Instagram kimi saytlarda, ən son isə avqustun 1-də YouTube-da tətbiq edilib.

ABŞ-da yerləşən mesajlaşma tətbiqi Signal, istifadə etdiyi texnologiyalar, xüsusilə məxfilik üçün uçdan-uca şifrələmə ilə tanınır.

Mənbə:  EnSonHaber

Bugün TV

Oxşar xəbərlər

Fransa mətbuatı millinin məğlubiyyətini sərt tənqid etdi

Aynur Camal

Ukrayna: Rusiya 2022-ci ildən bəri yüzlərlə hərbi əsiri edam edib

Aynur Camal

ABŞ alimi Çində casusluq ittihamı ilə 18 aydır həbsdə saxlanılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu