Dünya

Rusiya–Ukrayna müharibəsində gərginlik artmaqda davam edir

NATO müdafiə xərcləri, Rusiya-Ukrayna müharibəsi, Avropa təhlükəsizlik, büdcə artımı, müdafiə strategiyası

Son analizlərə görə, fevral ayında Rusiya Ukraynaya qarşı gecə raket və dron hücumlarının sayını son 3 ildəki ən yüksək səviyyəyə çatdırıb.

Bu barədə AFP agentliyinin məlumatına əsaslanaraq bir çox xarici xəbər saytları yayıb.

Analiz göstərir ki, Rusiya fevral ayında 288 raket buraxıb, bu isə yanvar ayı ilə müqayisədə təxminən 113% artım deməkdir. Bundan əlavə, uzun mənzilli dron hücumları da çoxalıb və Ukrayna enerji şəbəkəsi hədəf alınıb. Bu cür hücumlar Ukraynada enerji təminatını daha da çətinləşdirib və ölkə daxilində geniş elektrik kəsintilərinə səbəb olub.

Prezident Volodimir Zelenski bu çətin qış mövsümünü “ən sərt” adlandıraraq ölkənin bu hücumlara baxmayaraq dirəniş göstərdiyini bildirib. Analizə görə, fevralda Rusiya tərəfindən 5,059 uzun mənzilli dron də atılıb ki, bu da əvvəlki aylara nisbətən 13% çoxdur. Ukrayna isə öz növbəsində Rusiya neft anbarlarına qarşı dronlarla əməliyyatlar həyata keçirərək düşmənin maliyyə mənbələrinə zərbə vurmağa çalışır.

Bu hücumların artması müharibənin davam etdiyi dördüncü ildə Rusiyanın taktikalarını daha da sərtləşdirdiyini göstərir.

Mənbə: SpaceWar

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Ukraynaya genişmiqyaslı hava hücumu həyata keçirdi: Ölən və yaralananlar var

Aynur Camal

ABŞ-li analitikdən Türk Dövlətləri Təşkilatına dəstək çağırışı

Aynur Camal

Aİ-də miqrantlarla bağlı ən sərt qaydalar gündəmdədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu