27 C
Baku
13 Sentyabr 2024, 19:24
Dünya

Rusiya-Ukrayna müharibəsində yeni cəbhə: Region atəş altındadır, fövqəladə vəziyyət elan edilib!

Ukrayna ordusunun Rusiyanın cənubundakı Kursk bölgəsində başlatdığı genişmiqyaslı hücumla müharibədə yeni cəbhə açılıb.

Rusiya-Ukrayna müharibəsində iki tərəf arasında münaqişələr Rusiyanın cənub torpaqlarına keçdi. Donetsk və Luqansk vilayətləri, Xerson və Zaporojya ətrafında iki il yarımdır davam edən müharibə son vaxtlar Ukraynanın şimalında, Rusiya sərhədində daha da şiddətlənib.

Ukrayna ordusunun Rusiyanın Belqorod və Kursk sərhəd bölgələrinə uzaqdan hücumları və vaxtaşırı Rusiya ərazisinə sızması hər iki tərəfin yeni strategiyalar müəyyən etməsinə səbəb olub.

Rusiya bu vəziyyət qarşısında bölgədə yeni tədbirlər görərkən, Xarkov istiqamətində bufer zona yaratmaq üçün Ukraynaya daxil olaraq bəzi yaşayış məntəqələrini nəzarətə götürdü. Ukrayna həmçinin Qərb ölkələrindən yeni cəlb etdiyi qoşunları, silah və hərbi texnikanı şimaldakı Sumi və Xarkov vilayətlərinə göndərib.

Bütün bu hadisələr baş verərkən avqustun 6-da səhər saatlarında Ukrayna ordusundan yüzlərlə nəfərdən ibarət birlik tank və zirehli texnika ilə sərhədi keçərək Rusiyanın Kursk vilayətinə daxil olub. Nikolayevo-Daryino və Oleşnya qəsəbələrindən keçərək Rusiyaya doğru irəliləyən ukraynalı əsgərlər rus ordusu ilə toqquşmaya başlayıb.

Kurskdakı vəziyyətlə bağlı həm Rusiya, həm də Ukrayna mənbələrindən çox məhdud məlumat olsa da, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Ukrayna ordusu Rusiya sərhədlərinin 15 kilometr içərisinə sıxışdırılıb. Bölgədəki Suca və Korenevo yaşayış məntəqələri də daxil olmaqla, 10 kilometrlik cəbhə xəttində xüsusilə Ukrayna əsgərləri ilə Rusiya əsgərləri arasında qarşıdurmaların şiddətlə davam etdiyi iddia edilir.

Qarşıdurmada hər iki tərəfin itki verdiyi iddia edilir. Rusiya rəsmilərinin açıqlamasında, hücumların başladığı gündən bu yana Ukrayna ordusunun 660 əsgərinin öldüyü iddia edilib. Bununla bağlı Ukraynadan heç bir açıqlama verilməyib.

Rusiya rəsmilərinin məlumatına görə, Ukrayna qoşunları 1000-ə yaxın əsgərlə bölgəyə daxil olub və indiyədək Ukrayna tanklar da daxil olmaqla 82 zirehli texnikasını itirib.

Artan Ukrayna qoşunlarının gəlməsinin qarşısını almaq üçün Rusiya döyüş təyyarələri Ukraynanın Sumı vilayətinin Basovka, Juravka, Yunakovka, Belovodya, Kyanitsa, Korçakovka, Novaya Seç, Pavlovka və Qorodişçe bölgələrinə hava zərbələri endirib.

Rusiya Səhiyyə Nazirliyindən verilən açıqlamada bölgədə Ukrayna əsgərlərinin hücumu nəticəsində 6-sı uşaq olmaqla 31 nəfərin yaralandığı bildirilib.

Kursk vilayəti qubernatorluğundan verilən açıqlamada 4 nəfərin həyatını itirdiyi bildirilib.

Rusiya və Ukrayna hərbi qüvvələri arasında baş verən toqquşmalara görə Kursk vilayətində fövqəladə vəziyyət elan edilib.

Hücuma məruz qalan Kurskda sərhəd bölgəsində yaşayan dinc sakinlər başqa bölgələrə təxliyə edilir. Yerli hakimiyyət orqanlarının açıqlamasına görə, artıq 3 min insan bölgədən təxliyə edilib. Sərhəddən uzaq ərazilərdə təxliyə edilənlər üçün müvəqqəti yerləşdirmə mərkəzləri yaradılıb. Bu mərkəzlərə 1500-ə yaxın insan yerləşdirilib. Rusiyanın müxtəlif regionlarında mülki şəxslərə yardım kampaniyaları təşkil edilir.

Mənbə:  Haber Global

Teymur Əziz

Oxşar xəbərlər

Müdafiə Nazirliyinə bağlı sistemlər sındırıldı

Bugün TV

İsmayıl Haniyə dəfn edildi

Aynur Camal

Helikopterin qəzaya uğraması nəticəsində 2 pilot həlak oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu