28 C
Baku
9 İyul 2025, 12:04
Dünya

Rusiya Ukrayna ordusunun qərargahını vurdu: 3 ölü

 Ukrayna ordusunun cənubdakı qərargahın vurulduğu açıqlanıb.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında Ukrayna ordusunun cənubundakı Odessa limanında yerləşən komanda qərargahına raket hücumu edildiyi bildirilib.

“Ukrayna Silahlı Qüvvələrinin Cənub qrupunun operativ komanda qərargahı operativ-taktiki aviasiya, raket qoşunları və artilleriyadan zərbələrə məruz qalıb”, – məlumatda deyilir.

Ukrayna raket hücumu nəticəsində 3 nəfərin öldüyünü bildirib.

Cənub hərbi komandanlığı hücumda inzibati və yaşayış binaları, tibb və təhsil müəssisələrinin vurulduğunu bəyan edib.

Mənbə: İLKHA

Teymur Əziz

Oxşar xəbərlər

XİN: “İranla əlaqələrin genişləndirilməsində maraqlıyıq”

Aynur Camal

Sülh prosesi müzakirə edildi

Kəmalə Sultan

Futbol əfsanəsi Pele xərçəngə qarşı mübarizəni dayandırır-FOTOLAR

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu