Dünya

Rusiya: Ukraynada 8 yaşayış məntəqəsi ələ keçirilib

Rusiya Müdafiə Nazirliyi 6-12 dekabr tarixləri arasında Xarkov, Dnepropetrovsk, Zaporojye və Donetsk vilayətlərində səkkiz yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov, Dnepropetrovsk, Zaporojye və Donetsk vilayətlərində bir həftə ərzində səkkiz yaşayış məntəqəsini ələ keçirdiklərini bildirib.

Bəyanatda deyilirdi: “Xarkov vilayətindəki Liman, Kurilovka və Kuçerovka; Dnepropetrovsk vilayətindəki Ostapovskoye; Zaporojye vilayətindəki Novodanilovka; və Donetsk Xalq Respublikasındakı Rovnoye, Seversk və Çervonoye yaşayış məntəqələri azad edilib”.

Nazirliyin açıqlamasında həmçinin qeyd olunur ki, müharibənin əvvəlindən bəri Ukrayna ordusuna məxsus 669 təyyarə, 283 helikopter, 102 mindən çox PUA, 639 hava hücumundan müdafiə raket sistemi, 26.506 tank və zirehli maşın, 1630 çoxməqsədli raket buraxıcısı, 31.875-dən çox haubitsa və minaatan, eləcə də təxminən 49.000 xüsusi hərbi maşın məhv edilib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu