7 C
Baku
29 Yanvar 2026, 15:13
Baş xəbərDünya

Rusiya: “Ukraynanın Krıma 28 pilotsuz təyyarə hücumunun qarşısı alınıb”

Rusiyam məlumat yaydı

Bugun.tv xəbər verir ki, Rusiyanın nəzarətində olan Krıma Ukraynanın gecə saatlarında həyata keçirdiyi 28 pilotsuz uçuş aparatının (PUA) hücumunun qarşısı alındığı bildirilib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynanın gecə saatlarında Krım yarımadasındakı hədəflərə 28 PUA ilə “terror hücumu”na cəhd etdiyi və bunun qarşısının alındığı açıqlanıb.

Açıqlamada Rusiya hava hücumundan müdafiə sistemlərinin 17 PUA-nı məhv etdiyi, 11-nun isə hədəfə çatmadan vurulduğu bildirilib.

Terror aktı nəticəsində insan tələfatı və dağıntının olmadığı qeyd edilib.

Onu da deyək ki, Rusiya Milli Terrorla Mübarizə Komitəsi ötən gün Ukrayna qüvvələrinin Krım körpüsünə iki pilotsuz dəniz maşını ilə hücum etdiyini, nəticədə iki nəfərin həlak olduğunu deyib.

Mənbə: TRT Haber

Bugün TV

Oxşar xəbərlər

Rza Pəhləvi beynəlxalq dəstəyə çağırış etdi

Aynur Camal

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyəyə rəsmi səfər edəcək

Aynur Camal

Zəncəfilin sağlamlığa faydaları və istifadəsində diqqət edilməli məqamlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu