Baş xəbərHadisə

Rusiya: “Ukraynanın pilotsuz təyyarələrlə Moskvaya hücum cəhdinin qarşısı alınıb”

Rusiyam məlumat yaydı

Bugun.tv xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Moskva vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdinin qarşısı alındığını bildirib.

“Bu gün səhər saatlarında Kiyev rejiminin PUA-larla Moskva vilayətindəki obyektlərə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, – məlumatda qeyd olunub.

Açıqlamaya görə, bloklanan hücumlar nəticəsində insan itkisi baş verməyib.

Moskva meri Sergey Sobyanin isə Ukraynanın PUA-larla hücum cəhdinin qarşısı alındığını, lakin düşən pilotsuz təyyarələrin Moskvada bəzi qüllələrə dəyərək zərər gördüyünü deyib.

Digər tərəfdən, sosial mediada yayılan bəzi görüntülərdə Moskvanın göydələnlərinin yerləşdiyi Moskva Siti bölgəsində PUA-lardan birinin qəzaya uğraması nəticəsində partlayışın baş verdiyi görülüb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Bağ evində qalan tikinti materiallarından nə hazırlamaq olar: faydalı və sadə ideyalar

Aynur Camal

Vüqar Bayramov: Türkmənistan Prezidentinin səfəri Azərbaycan-Türkmənistan münasibətlərində yeni mərhələ açır

Aynur Camal

Messi, Mbappe, yoxsa Haaland? Dünya Çempionatının bombardiri uğrunda yarış qızışır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu