28 C
Baku
19 İyul 2024, 23:21
Dünya

Rusiya uşaqlarını yay düşərgəsi adı altında Şimali Koreyadakı düşərgəyə göndərir

Vladimir Putin rus uşaqlarını yay düşərgəsi adı altında Şimali Koreyadakı düşərgəyə göndərməyi planlaşdırır. Əvvəllər düşərgədə qalan bəzi ruslar səhər tezdən Şimali Koreya liderlərinin heykəllərini təmizləmək məcburiyyətində qaldıqlarını bildiriblər.

Rusiyalı valideynlər Şimali Koreyadan narahatdırlar!

Putin onları düşərgəyə göndərəcək 24 ildən sonra keçən ay Şimali Koreyaya səfər edən prezident Kim Çen Inla görüşən Rusiya lideri Vladimir Putinin rus uşaqları Şimali Koreyaya yay düşərgəsinə göndərəcəyi açıqlanıb.

Rusiya rəsmiləri gənclər təşkilatına üzv olan uşaqların 1960-cı ildə Kim Çen Inın babası tərəfindən Şimali Koreyanın şərq sahillərində inşa etdiyi Sonqdoun düşərgəsinə tətilə göndəriləcəyini açıqlayıb. “İntizam hazırlığı” adı altında 5 ildən sonra düşərgəyə ilk gələn qrup rusiyalı uşaqlar olacaq.

Rusiyalı valideynlərin narahatlığına baxmayaraq, Putinin “Birinci Hərəkat” gənclər təşkilatının rəhbəri Qriqori Qurov “Nümayəndə heyətimizi indi formalaşdıracağıq, orada şərait yaxşıdır” deyib. O bildirib:

İngilis Times qəzetinin yazdığına görə, akvarium, su parkı, teatr və çimərlikdən ibarət 1200 nəfərlik düşərgə əvvəllər ciddi nizam-intizam qaydalarına görə tənqid obyektinə çevrilmişdi. Əvvəllər düşərgədə qalan bəzi ruslar səhər tezdən Şimali Koreya liderlərinin heykəllərini təmizləmək məcburiyyətində qaldıqlarını bildiriblər.

2015-ci ildə düşərgədə qalan Yuri Frolov Ağ Evin bombalandığı cizgi filminə baxdıqlarını və hər zaman himni oxuduqlarını deyib. Frolov iki həftə düyü yedikdən sonra dəri və sümük olduğunu da bildirib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Zəlzələdə ölənlərin sayı 100-ə çatdı

İntizar Əmirova

Prezident Ərdoğanın dayısı oğlu dəfn olundu

Bugün TV

İsveçdə immiqrasiya haqqında yeni qanun layihəsi tənqidlə qarşılandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu