Texnologiya

Rusiya və Çin Aya nüvə enerji bloku yerləşdirməyi planlaşdırır

Bugun.tv xəbər verir ki, Borisov Moskvada keçirilən tədbirdəki çıxışında Çinlə Ayda birgə araşdırmalar üçün müqavilə imzaladıqlarını bildirib.

Çinlə Ay üzərində araşdırmalarla bağlı əhəmiyyətli bir layihənin hazırlandığını izah edən Borisov, “2033-2035-ci illərdə Çinli həmkarlarımızla birlikdə Ay səthinə nüvə enerji blokunun çatdırılması və quraşdırılması layihəsini qiymətləndiririk” deyib.

Borisov əlavə edib ki, sözügedən qurğu robot texnologiyalarından istifadə etməklə tikilməli olacaq.

Roskosmos ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında 2021-ci ildə Ayda tədqiqat aparmaq üçün birgə stansiyanın yaradılması üçün anlaşma memorandumu imzalanıb.

Mənbə trthaber

Aynur Camal

Oxşar xəbərlər

Qrafendə anormal varlıq aşkar edildi

Bugün TV

SpaceX-in casus peykləri yaratdığı məlum oldu

Bugün TV

Zaman dəyişir: Dünyadakı hər kəs bir saniyəsini itirəcək

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu