Dünya

Rusiya və Ukrayna ABŞ vasitəçiliyi ilə Əbu-Dabidə danışıqlara başladı

Rusiya və Ukrayna nümayəndə heyətləri ABŞ-ın vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə danışıqlara başlayıblar. İki gün davam edəcək görüş tərəflər arasında fevral ayından bəri keçirilən ilk belə danışıqlardır.

Bugun.tv xəbər verir ki, noyabrın 10-da başlayan görüşlərdə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner vasitəçilik edirlər. Müzakirələrin əsas istiqamətləri Ukraynada müharibənin başa çatdırılması, müharibədən sonrakı təhlükəsizlik təminatları və gərginliyin azaldılmasıdır.

Danışıqların qarşısında duran əsas çətinliklərdən biri ərazi məsələsidir. Moskva Ukraynanın Donbas bölgəsinin tamamilə Rusiyaya verilməsini tələb edir. Kiyev isə müdafiəsi uğrunda mübarizə apardığı ərazilərdən imtina etməyəcəyini bildirir. Ukrayna tərəfi ərazi məsələsinin yalnız dövlət başçıları səviyyəsində və təhlükəsizlik təminatları çərçivəsində müzakirə oluna biləcəyini vurğulayır.

Avropa ölkələri də sülh prosesində iştirak etmək istəyirlər. Ukrayna nümayəndələri əsas görüşdən əvvəl Avropa İttifaqı, NATO və Avropa ölkələrinin təmsilçiləri ilə ayrıca müzakirələr aparıblar. Lakin Rusiya Avropa nümayəndələrinin üçtərəfli danışıqlarda iştirakına qarşı çıxır.

ABŞ Prezidenti Donald Tramp razılaşmanın mümkünlüyünə dair nikbin fikirlər səsləndirsə də, tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

ÜST qida məhsullarının tərkibinə dair yeni yanaşma təklif edir

Aynur Camal

Avropa şirkətləri robototexnika və fiziki süni intellekt sahəsində rəqabət aparmağa hazırdır

Aynur Camal

Ekspert Əbu-Dabi danışıqlarından müsbət nəticə gözləmir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu