avtonom silahlar, süni intellektlə idarə olunan silahlar, Rusiya və ABŞ, beynəlxalq silah qaydaları, BMT konfransı, Cenevrə görüşü, hərbi süni intellekt, Beynəlxalq Qırmızı Xaç Komitəsi
Dünya

Rusiya və ABŞ avtonom silahlarla bağlı beynəlxalq qaydaların qəbuluna qarşı çıxır

Süni intellektlə idarə olunan avtonom silah sistemlərinin istifadəsinə hüquqi məhdudiyyətlər qoyulması istiqamətində beynəlxalq müzakirələrdə fikir ayrılığı yaranıb. Rusiya və ABŞ bu sahədə məcburi qaydaların hazırlanması üçün konkret danışıqlar təqviminin müəyyənləşdirilməsini dəstəkləmir.

Bugun.Tv xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Noyabrın 16–20-də Cenevrədə keçiriləcək konfransda 128 ölkənin iştirakı gözlənilir. Görüş zamanı dövlətlər avtonom silahlarla bağlı rəsmi danışıqlara başlanılıb-başlanılmayacağını müzakirə edəcəklər. Rusiya və ABŞ-la yanaşı, İsrailin də bu istiqamətdə konkret vaxt cədvəlinin qəbul edilməsinə qarşı çıxdığı bildirilir. Həmin ölkələr beynəlxalq hüquqi öhdəliklər əvəzinə mövcud humanitar hüquq normaları və milli nəzarət mexanizmləri çərçivəsində müzakirələrin davam etdirilməsinə üstünlük verirlər.

Beynəlxalq Qırmızı Xaç Komitəsi və insan hüquqları təşkilatları isə hədəfləri insan müdaxiləsi olmadan müəyyənləşdirib hücum edə bilən silahların ciddi risklər yaratdığını bildirirlər. Onlar bu sistemlərin istifadəsində insan nəzarətinin qorunması, eləcə də hüquqi baxımdan məcburi məhdudiyyətlərin müəyyənləşdirilməsi vacibliyini vurğulayırlar.

Konfransın nəticəsi avtonom silahların gələcəkdə beynəlxalq müqavilə ilə tənzimlənməsi istiqamətində danışıqların başlanıb-başlanmayacağına təsir göstərə bilər.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Noyabrda meteor yağışları, Mars və Yupiterin yaxınlaşması, superay müşahidə olunacaq

Aynur Camal

Alimlər bakteriyalarla mübarizə aparan, elektrik enerjisi yaradan diş fırçası hazırlayıblar

Aynur Camal

24 saat işləyən robotlardan ikisi sınaqdan keçə bilmədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu