28 C
Baku
1 İyun 2025, 19:21
Texnologiya

Rusiya və Çin Aya nüvə enerji bloku yerləşdirməyi planlaşdırır

Bugun.tv xəbər verir ki, Borisov Moskvada keçirilən tədbirdəki çıxışında Çinlə Ayda birgə araşdırmalar üçün müqavilə imzaladıqlarını bildirib.

Çinlə Ay üzərində araşdırmalarla bağlı əhəmiyyətli bir layihənin hazırlandığını izah edən Borisov, “2033-2035-ci illərdə Çinli həmkarlarımızla birlikdə Ay səthinə nüvə enerji blokunun çatdırılması və quraşdırılması layihəsini qiymətləndiririk” deyib.

Borisov əlavə edib ki, sözügedən qurğu robot texnologiyalarından istifadə etməklə tikilməli olacaq.

Roskosmos ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında 2021-ci ildə Ayda tədqiqat aparmaq üçün birgə stansiyanın yaradılması üçün anlaşma memorandumu imzalanıb.

Mənbə trthaber

Aynur Camal

Oxşar xəbərlər

NASA-nın Marsdakı Curiosity Rover cihazı qurumuş çayın tədqiqinə başlayır

Teymur Əziz

iPhone istifadəçilərinin “üz” oğurluğu ehtimalı qiymətləndirildi

İntizar Əmirova

Yuyula bilən smartfonlar satışa çıxarıldı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu