27 C
Baku
26 İyul 2025, 9:26
Baş xəbərDünya

Rusiya Xarkovda əlverişli mövqeləri ələ keçirdi

Xarkovda mövqelər ələ keçirildi

Bugun.tv xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Rusiya hərbi birləşmələrinin Ukraynanın Xarkov vilayətində Kupyansk istiqamətində əlverişli mövqelər tutduğunu açıqlayıb.

“Kupyansk istiqamətində “Qərb” hərbi birləşmə qrupunun hücum dəstələri geniş ərazilərdə hücum əməliyyatları zamanı Xarkov vilayətinin Olşana qəsəbəsi yaxınlığında daha əlverişli mövqelər tutdu”, – o, bildirib.

Konaşenkov, Ukrayna ordusuna məxsus indiyədək 458 təyyarə, 245 helikopter, 5 min 565 pilotsuz uçuş aparatı, 428 hava hücumundan müdafiə raket sistemi, 11 min 185 tank və zirehli texnika, 1144 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 5 min 803 haubitsa və minaatan məhv etdiklərini vurğulayıb.

Teymur Əziz

Oxşar xəbərlər

Sabaha gözlənilən hava şəraiti

Aynur Camal

Yazgül Abdıyevanın 50 illik yubileyidir

Bugün TV

Bıçaqlı hücumçu baş nazirin iqamətgahına girməyə cəhd etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu