Ukraynada elektrik kəsintisi, Rusiya Ukrayna müharibəsi, enerji infrastrukturu, Kiyev vilayəti, Ukrayna enerji sistemi, Rusiya hücumları, elektrik təchizatı, Ukraynada enerji böhranı
Dünya

Rusiya zərbələri Ukraynanın 7 bölgəsində elektrik enerjisinin kəsilməsinə səbəb oldu

Rusiyanın Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində ölkənin yeddi bölgəsində elektrik təchizatında fasilələr yaranıb. Ən ağır vəziyyət paytaxt Kiyevin yerləşdiyi regionda qeydə alınıb.

Bugun.tv xəbər verir ki, Reuters agentliyinin noyabrın 6-da yaydığı məlumata görə, hücumlar gecə saatlarında və cümə günü səhər saatlarında elektrik şəbəkəsinə ciddi ziyan vurub.

Ukraynanın energetika nazirinin müavini Artem Nekrasov bildirib ki, elektrik təchizatında fasilələr Vinnitsa, Dnepropetrovsk, Jitomir, Zaporojye, Kiyev, Xarkov və Çerniqov vilayətlərini əhatə edib.

Paytaxt regionunda vəziyyət daha ağırdır

Nekrasovun sözlərinə görə, ən çətin vəziyyət Kiyev vilayətində qalmaqdadır. Enerji infrastrukturuna dəyən genişmiqyaslı ziyan səbəbindən elektrik enerjisinin ötürülməsində məhdudiyyətlər tətbiq olunur.

Enerji və kommunal xidmətlərin əməkdaşları zədələnmiş şəbəkələrin fəaliyyətinin bərpası istiqamətində işlərini davam etdirirlər. Lakin dağıntıların miqyası elektrik təchizatının tam bərpasını çətinləşdirir.

Ukraynanın enerji sisteminə qarşı hücumların davam etməsi qarşıdan gələn soyuq mövsümdə əhalinin elektrik və istilik təminatı ilə bağlı narahatlıqları artırır.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

İlk uçuşlarına başlayan dəniz quşları iki həftəyə 1000 kilometr məsafə qət ediblər

Aynur Camal

Belçikada sənədsiz miqrantların evlərində polis axtarışına icazə verən qanun qəbul edildi

Aynur Camal

Onilliklər sonra exidnalar yenidən tapılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu