27 C
Baku
28 İyun 2025, 11:33
Baş xəbərDünya

Rusiyada hakerlər televiziyanı yenidən sındıraraq müharibə haqqında həqiqəti deyiblər

Xarici Xəbərlər

Rusiyada hakerlər televiziyanı yenidən sındıraraq müharibə haqqında həqiqəti deyiblər: Kreml təbliğatı əvəzinə RosTV yenidən Nevzorovu, eləcə də insanları Ukraynada müharibəyə getməməyə çağıran digər insanları göstərməyə başlayıb.

Qeyd edilib ki, Vladimir Putinin diktatura rejiminin nəzarətində olan Rusiya Federasiyasında mərkəzi təbliğat telekanallarına növbəti dəfə haker hücumu baş verib. Bu hadisəni təsvir edən videonu məşhur bloger və siyasi ekspert Aleksandr Nevzorov öz Telegram kanalında yerləşdirib.

Rusiya televiziyalarında çıxışı nümayiş olunan Nevzorov bu hadisəyə də münasibət bildirib: “Hazırda XXII tərəfindən sındırılmış Mordoviya telekanalları cəbhədəki real vəziyyəti göstərir və Putinin kriminal müharibəsindən danışır. Dərhal aydın olur ki, Rusiya texnologiyası o qədər geridə qalıb ki, Kreml və onun bütün lovğalanan mütəxəssisləri hətta mərkəzi kanalları da hakerlərdən qoruya bilmirlər”.

Xatırladaq ki, neçə dəfələrlə Rusiya Federasiyasında təbliğat kanalları sındırılıb və onlar Ukraynadakı müharibə ilə bağlı həqiqəti deyiblər: “Sizi qırğına aparırlar”.

Aynur Camal

Oxşar xəbərlər

Fransadan Ukraynaya 195 milyon avro yardım

Aynur Camal

“Kızılcık Şerbeti”nin Aposu Settar Tanrıöğenin son durumu açıqlandı

İntizar Əmirova

Alimlər uçan hörümçəklərin işğalını proqnozlaşdırıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu