18 C
Baku
14 Sentyabr 2025, 5:08
Dünya

Rusiyada sərnişin avtobusu çaya düşüb

Rusiyanın St. Sankt-Peterburq şəhərində sürücünün sükanı itirməsi nəticəsində içərisində 20-yə yaxın sərnişinin olduğu avtobus nəqliyyat vasitəsinə çırpılaraq Moika çayına düşüb.

Qəzadan sonra ətrafdakı insanlar avtobusda sıxılmış vəziyyətdə qalan sərnişinləri xilas etmək üçün çaya tullanarkən, hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin 18 texnikası və 69 canlı qüvvəsi də göndərilib.

Avtobus körpüyə batmasın deyə kəndirlərlə bağlanıb. Qapalı vəziyyətdə qalan bəzi sərnişinlər avtobusun yuxarı hissəsindəki havalandırmadan çıxarılıb.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada avtobusda olan sərnişinlərdən 4-nün öldüyü, xilas edilən 6 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Müalicə altında olan sərnişinlərdən 2-nin vəziyyətinin ağır olduğu bildirilsə də, ölənlərin sayının artacağından ehtiyat edilir.

Rusiya İstintaq Komitəsi qəza ilə bağlı rəsmi araşdırmaya başlanıldığını açıqlayıb.

Avtobus sürücüsünün saxlanıldığı bildirilərkən, çaydan çıxarılan avtobusda texniki ekspertizanın aparılacağı açıqlanıb.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın ən kiçik skripkası – O bir toz zərrəsinə bənzəyir

Aynur Camal

78-ci Kann Film Festivalından ilk kadrlar: Robert De Niro sevgilisi ilə gəldi- FOTOLAR

Aynur Camal

Donetskdə iki qəsəbə ələ keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu