DünyaHadisə

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 140-a çatıb

Bugun.tv xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada törədilən terror aktında həyatını itirənlərin sayı 140-a yüksəlib.

Rusiyanın Səhiyyə naziri Mixail Muraşko Moskvada jurnalistlərə açıqlamasında martın 22-də “Crocus City Hall” konsert salonunda törədilən terror aktı nəticəsində yaralananların müalicəsinin davam etdiyini bildirib.

Müalicə alanlardan birinin bu gün dünyasını dəyişdiyini bildirən Muraşko, “Təəssüf ki, vəziyyəti son dərəcə ağır olanlardan biri dünyasını dəyişdi. Həkimlər mümkün olan hər şeyi etdi”, – deyib.

Muraşko qeyd edib ki, 19-u ağır olan 80 nəfərin müalicəsi davam edir.

Bugün TV

Oxşar xəbərlər

Neftin qiyməti 100 dollara yaxınlaşdı

Aynur Camal

Kiyevdə ərzaq qıtlığı və qiymət artımı təhlükəsi artır

Aynur Camal

Anadolu Agentliyi — Siqaret həm qadınlarda, həm kişilərdə məhsuldarlığı azalda bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu