5 C
Baku
19 Dekabr 2024, 12:17
Baş xəbərDünya

Rusiyadan Türkiyəyə 180 tondan çox yardım çatdırılıb

Rusiya Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərdən zərər çəkənlərə 180 tondan çox humanitar yardım göndərib.

 Bugun.tv xəbər verir ki, bu barədə Anadolu xəbər agentliyi hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, Soçidən “Evrim Group” gəmisi vasitəsilə zəlzələlərdən zərər çəkənlər üçün 184 ton ərzaq məhsulları  gəlib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin ölkənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ baş verib. Yeraltı təkanlar Suriya da daxil olmaqla, on bir vilayətdə, minlərlə artçı təkanla müşayiət olunub. Rəsmi statistikaya görə, zəlzələlər 50 mindən çox insanın həyatına son qoyub. Zərər 100 milyard ABŞ dollarından çox qiymətləndirilir.

Mənbə: TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Silahlı insident baş verdi: 2 nəfər öldü

Bugün TV

Azərbaycanla Türkiyə arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Nigar Məmmədova

Filippində 5,4 bal gücündə zəlzələ

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu