25 C
Baku
27 İyul 2024, 4:22
Dünya

Rusiyadan yeni addım! O, Zelenskini axtarışa verib

Kreml cəbhəsindən şok addım atıldı. Ukrayna prezidenti Vladimir Zelenskini axtarışa verilib.

Rusiya 2022-ci ilin fevralında Ukrayna ilə münaqişə başlayandan bəri çoxsaylı ukraynalı və digər avropalı siyasətçilərin həbsinə order verib.

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna prezidenti Vladimir Zelenskini axtarışda olanlar siyahısına salıb.

Adı, yeri və doğum tarixi ilə birlikdə nazirliyin məlumat bazasında axtarışda olan Zelenski haqqında əlavə məlumat verilməsə də, o, Rusiya Federasiyası Cinayət Məcəlləsi ilə axtarışdadır.

Rusiya tərəfindən verilən açıqlamada Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun da axtarışa verilənlər siyahısına əlavə edildiyi qeyd edilib. Açıqlamada qeyd olunub ki, ona qarşı irəli sürülən ittihamla bağlı heç bir məlumatı olmayan Poroşenko 2014-2019-cu illər arasında Ukrayna prezidenti olub.

Həmçinin Fevral ayında Rusiya Estoniyanın baş naziri Kaja Kallası “axtarılanlar siyahısına” əlavə etdiyini açıqlamışdı.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

TikTok YouTube-a rəqibdir: Saatlıq videoları sınaqdan keçirir

Aynur Camal

Hərbi helikopter qəzaya uğradı: 9 əsgər həyatını itirdi

Aynur Camal

Bəzi dərmanlar itirilmiş xatirələri geri qaytara bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu