Baş xəbərDünya

Rusiyalı fizik: Metsamor AES bütün region üçün təhlükədir – VİDEO

Rusiyalı nüvə fiziki Andrey Ojarovski Ermənistan ərazisində yerləşən Metsamor Atom Elektrik Stansiyasına münasibətdə Türkiyədə zəlzələ təhlükəsini qiymətləndirib.

CBC telekanalında alim bildirib ki, harada tikilməsindən asılı olmayaraq, bütün nüvə energetikası obyektləri zəlzələlərə qarşı həssasdır.

“Metsamor Atom Elektrik Stansiyası Sovet İttifaqı dövründə bu amili nəzərə alaraq tikilib. Biz bilirik ki, o, ən güclü Spitak zəlzələsindən sağ çıxıb. Amma bu, AES-lərin hər hansı zəlzələdən qorunduğu anlamına gəlmir. Əsas təhlükə ondan ibarətdir ki, radioaktiv maddələrin ətraf mühitə atılması halında genişlənmə radiusu böyük olacaq”, – deyə o əlavə edib.

Fizik Metsamor atom elektrik stansiyasının bu halda bütün region üçün təhlükə olduğunu vurğulayıb. O, həmçinin yeni atom elektrik stansiyalarının tikintisinə qarşı çıxıb və nüvə enerjisindən imtinanın məqsədəuyğun olduğunu qeyd edib.

Aynur Camal

Oxşar xəbərlər

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirildi

Aynur Camal

Böyük Britaniya Ukraynaya qışa hazırlıq üçün 71 milyon dollar ayırdı

Aynur Camal

Ukrayna Rusiyada “Yandex”in məlumat mərkəzinə zərbə endirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu