12 C
Baku
3 Dekabr 2025, 16:36
Digər

Rusiyanın həyəcan verici nüvə bəyanatı

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskvada keçirilən “Rusiya Xalqları və Müstəqil Dövlətlər Birliyi” festivalında jurnalistlərə açıqlama verib.

Rusiyanın nüvə sınaqları keçirməsi ehtimalına toxunan Şoyqu deyib: “Əgər kimsə nüvə sınaqlarına başlasa, biz də əlbəttə ki, eyni şeyi edəcəyik. Bu, zəruri addım olardı. Əgər bu sınaqlar keçirilməsə, biz də onları həyata keçirməyəcəyik”.

Şoyqu həmçinin bildirib ki, “nüvə sınaqları dayandırılmayıb, lakin onlar fiziki olaraq deyil, texnologiyalar vasitəsilə modellər üzərində aparılır”.

Rusiya Təhlükəsizlik Şurasının katibi Şoyqu bildirib ki, Rusiyanı güc yolu ilə məğlub etmək üçün edilən hər hansı bir cəhd uğursuzluğa məhkumdur.

ABŞ prezidenti Donald Tramp 30 oktyabrda Pentaqona “dərhal” nüvə silahı sınaqlarına başlamaq barədə göstəriş verdiyini açıqlayıb.

Mənbə: Hurriyet.com

Aynur Camal

Oxşar xəbərlər

Namiq Hüseynli : “Dörd min kitab oxumuş kitabçı və onun uşaqlıq arzusu”

Şükufə Ramizqızı

ABŞ sakini bir ayda iki dəfə cekpot qazandı

Bugün TV

Nahid Bağırov: ” İsmayıllıda aparılan bərpa-quruculuq işləri diqqət mərkəzindədir “

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu