Digər

Rusiyanın həyəcan verici nüvə bəyanatı

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskvada keçirilən “Rusiya Xalqları və Müstəqil Dövlətlər Birliyi” festivalında jurnalistlərə açıqlama verib.

Rusiyanın nüvə sınaqları keçirməsi ehtimalına toxunan Şoyqu deyib: “Əgər kimsə nüvə sınaqlarına başlasa, biz də əlbəttə ki, eyni şeyi edəcəyik. Bu, zəruri addım olardı. Əgər bu sınaqlar keçirilməsə, biz də onları həyata keçirməyəcəyik”.

Şoyqu həmçinin bildirib ki, “nüvə sınaqları dayandırılmayıb, lakin onlar fiziki olaraq deyil, texnologiyalar vasitəsilə modellər üzərində aparılır”.

Rusiya Təhlükəsizlik Şurasının katibi Şoyqu bildirib ki, Rusiyanı güc yolu ilə məğlub etmək üçün edilən hər hansı bir cəhd uğursuzluğa məhkumdur.

ABŞ prezidenti Donald Tramp 30 oktyabrda Pentaqona “dərhal” nüvə silahı sınaqlarına başlamaq barədə göstəriş verdiyini açıqlayıb.

Mənbə: Hurriyet.com

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu