24 C
Baku
10 Sentyabr 2025, 5:01
Dünya

Rusiyanın hücumu Kiyevi yandırdı!

 Söndürmə işlərində onlarla insan iştirak edib.

Rusiya Ukraynaya raket və dron hücumları həyata keçirib. Hücumlar zamanı Kiyevdə sənaye obyektində yanğın baş verib.

Səhər saatlarında Rusiya çoxsaylı raket və pilotsuz təyyarələrlə Ukraynaya hücum edib. Ukrayna 6 raketdən 5-nin və 24 pilotsuz təyyarənin hamısının vurulduğunu açıqlayıb. Ukrayna ordusunun Kiyev şəhər hərbi komandiri Serhiy Popko bildirib ki, Ukrayna hava hücumundan müdafiə sistemi bütün paytaxta hücumların qarşısını alıb.

Yerli hakimiyyət hava zərbələri nəticəsində Kiyev vilayətində sənaye obyektində yanğının baş verdiyini, yaşayış məntəqələrinin zədələndiyini, 6 rayonda xəsarət alanların olduğunu açıqlayıb. Kiyev vilayətində sənaye obyektində yanğın baş verdiyini bildirən rəsmilər yanğının söndürülməsi işlərində 105 nəfərin iştirak etdiyini bildiriblər.

Kiyev qubernatoru məsələ ilə bağlı açıqlamasında bir evə, qaraja, yanacaqdoldurma məntəqəsinə və anbar sahəsinə ziyan vuran hücumda bir nəfərin yaralandığını bildirib. Dnepropetrovsk qubernatoru hücumlarda 3 nəfərin yaralandığını, 9 evin zərər gördüyünü, bölgədə ordu tərəfindən 11 pilotsuz təyyarənin vurulduğunu bildirib.

Mənbə: TGRT

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

İsveç televiziyasından məscidləri hədəf alan irqçi siyasətçiyə tənqid: NATO üzvlüyünü daha da çətinləşdirdi

İntizar Əmirova

ABŞ elan etdi! Putin-Tramp görüşünün tarixi açıqlandı

Aynur Camal

Həyat gözəldir, yaşamaq da gözəldir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu