3 C
Baku
19 Yanvar 2026, 14:48
Dünya

Rusiyanın hücumu Kiyevi yandırdı!

 Söndürmə işlərində onlarla insan iştirak edib.

Rusiya Ukraynaya raket və dron hücumları həyata keçirib. Hücumlar zamanı Kiyevdə sənaye obyektində yanğın baş verib.

Səhər saatlarında Rusiya çoxsaylı raket və pilotsuz təyyarələrlə Ukraynaya hücum edib. Ukrayna 6 raketdən 5-nin və 24 pilotsuz təyyarənin hamısının vurulduğunu açıqlayıb. Ukrayna ordusunun Kiyev şəhər hərbi komandiri Serhiy Popko bildirib ki, Ukrayna hava hücumundan müdafiə sistemi bütün paytaxta hücumların qarşısını alıb.

Yerli hakimiyyət hava zərbələri nəticəsində Kiyev vilayətində sənaye obyektində yanğının baş verdiyini, yaşayış məntəqələrinin zədələndiyini, 6 rayonda xəsarət alanların olduğunu açıqlayıb. Kiyev vilayətində sənaye obyektində yanğın baş verdiyini bildirən rəsmilər yanğının söndürülməsi işlərində 105 nəfərin iştirak etdiyini bildiriblər.

Kiyev qubernatoru məsələ ilə bağlı açıqlamasında bir evə, qaraja, yanacaqdoldurma məntəqəsinə və anbar sahəsinə ziyan vuran hücumda bir nəfərin yaralandığını bildirib. Dnepropetrovsk qubernatoru hücumlarda 3 nəfərin yaralandığını, 9 evin zərər gördüyünü, bölgədə ordu tərəfindən 11 pilotsuz təyyarənin vurulduğunu bildirib.

Mənbə: TGRT

Bugün TV

Oxşar xəbərlər

Bu ölkədə Novruz dövlət bayramı elan edildi

Aynur Camal

Davos 2026: Dünya liderləri və iqtisadi zirvə başlayır

Aynur Camal

Suriya ordusu Rakka şəhərinə intensiv yerləşdirmələr edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu