Baş xəbərDünya

Rusiyanın Ukrayna ilə bağlı qərarı: Danışıq yoxdur!

Kreml Ukraynanın Rusiyanın qərbindəki Kursk bölgəsinə hücumuna cavab verəcəklərini və Ukrayna ilə atəşkəs danışıqları ideyasının artıq söz mövzusu olmadığını açıqlayıb.

İki il yarımdır Rusiya qüvvələrinə qarşı döyüşən Ukrayna avqustun 6-da Rusiya sərhədləri daxilində hərbi əməliyyata başlayıb və Rusiyanın Kursk bölgəsinə daxil olub. Rusiya prezidenti Vladimir Putin avqustun 6-da Rusiya sərhədini keçən minlərlə ukraynalı əsgərin həyata keçirdiyi gözlənilməz hücumun məqsədinin mümkün danışıqlardan əvvəl Ukraynanın danışıqlar mövqeyini yaxşılaşdırmaq və Rusiya qüvvələrinin cəbhə boyu irəliləməsini ləngitmək olduğunu bildirib.

Putin Ukraynanın “uyğun cavab” alacağını bildirib, lakin bu cavabın nə olduğunu açıqlamayıb.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında “Bu cür düşmənçilik hərəkətləri cavabsız qala bilməz. Mütləq cavab veriləcək” deyib.

Rusiya ilə Ukrayna arasında atəşkəs danışıqları olduğu xəbərini təkzib edən Peskov, “Heç bir danışıqlar olmadı. Müxtəlif təmaslarla bağlı mediada çoxlu xəbərlər var və bunların heç biri doğru deyil. Danışıqlar mövzusu indi böyük ölçüdə uduzub”.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Bill Klinton: Müsəlmanların sırf dinlərinə görə alçaldılmasından bezmişəm

Aynur Camal

Barclays ilin sonunadək 5 min əməkdaşını işdən çıxaracaq

Aynur Camal

Vyetnam BRICS ölkələri ilə elm və ali təhsil sahəsində əməkdaşlığı genişləndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu