Rusiya Ukrayna müharibəsi, Ukraynaya hücum, Rusiya raket zərbələri, dron hücumu, Dnipro, Volodimir Zelenski, Donald Tramp, Ukrayna xəbərləri
Dünya

Rusiyanın Ukraynaya gecə hücumlarında 5 nəfər ölüb

Bugun.tv xəbər verir ki, Rusiya gecə saatlarında Ukraynanın bir sıra bölgələrinə raket və dronlarla zərbələr endirib. Ukrayna rəsmilərinin məlumatına görə, hücumlar nəticəsində azı 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Associated Press yazır ki, zərbələr ən azı dörd Ukrayna bölgəsini əhatə edib. Dnepropetrovsk vilayətinin Dnipro, Pavlohrad və Krivoy Roq şəhərlərində sənaye müəssisələri və digər obyektlər vurulub. Dneprdə “Interpipe” şirkətinə məxsus istehsalat müəssisəsinə raket zərbəsi nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb. Sumı vilayətində isə dron hücumu nəticəsində bir qadının öldüyü bildirilib.

Ukrayna Hərbi Hava Qüvvələri hücum zamanı 212 dron, 4 qanadlı raket, həmçinin “Oniks” və ballistik raketlərin istifadə edildiyini açıqlayıb.

Çerniqov vilayətində enerji obyektinə zərbə nəticəsində təxminən 100 min istehlakçı elektrik enerjisiz qalıb. Rusiya Müdafiə Nazirliyi isə hücumlarda sənaye və hərbi obyektlərin, yanacaq-enerji sektorunun və liman infrastrukturunun hədəfə alındığını bildirib.

Hücumlar Ukrayna Prezidenti Volodimir Zelenskinin Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampla görüşməyə hazırlaşdığı vaxt baş verib.

Mənbə:  AP News

Aynur Camal

Oxşar xəbərlər

Balıq tutulsun deyə dağ göllərinə milyonlarla balıq buraxıldı, ekosistem böhranı yarandı

Aynur Camal

Makron BMT-də Qəzzadakı vəziyyəti tənqid etdi: “Hamımız üçün utancvericidir”

Aynur Camal

Avropa kəşfiyyatından Rusiyanın mümkün təxribatları ilə bağlı xəbərdarlıq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu