25 C
Baku
27 İyul 2024, 4:43
Siyasət

Rusiyanın xarici işlər naziri Lavrov Antalya Diplomatiya Forumu üçün Türkiyəyə gəlib

Bugun.tv xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə gəlib.

TASS müxbirinin verdiyi məlumata görə, Rusiyanın baş diplomatının təyyarəsi Antalya hava limanına enib.

Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova bir müddət əvvəl Lavrovun forum çərçivəsində Türkiyənin XİN Hakan Fidan ilə ikitərəfli danışıqlar aparacağını açıqlamışdı.

Rusiya və Türkiyənin yüksək səviyyəli diplomatlarının geniş spektrli məsələləri, ilk növbədə qarşılıqlı maraq doğuran sahələrdə – ticarət, enerji, təhlükəsizlik, bank işi və turizm sahələrində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərini müzakirə edəcəyi gözlənilir. Nazirlər müxtəlif səviyyələrdə ikitərəfli təmasların cədvəlini də müzakirə edəcəklər.

Lavrov Antalyada keçiriləcək forum çərçivəsində Azərbaycanın XİN-i Ceyhun Bayramov, Özbəkistanın XİN-i Bəxtiyor Saidov, Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev və Esvatini kralı III Msvati ilə də bir sıra digər ikitərəfli görüşlər keçirəcək.

Müxbir Qaytən Qasımzadə

Mənbə tass

Bugün TV

Oxşar xəbərlər

İ.Əliyev Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrini qəbul edib – YENİLƏNİB

Aynur Camal

Sergey Şoyqu belaruslu həmkarı ilə görüşəcək

Nigar Məmmədova

Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu