6 C
Baku
21 Dekabr 2025, 6:34
Digər

“Ryanair” aviaşirkəti əl yükünə nəzarət qaydalarını sərtləşdirir

Bugun.tv “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə şirkətin rəhbəri Mayk O`Liri məlumat verib. O, çox ağır və ya böyük əl yükü aşkarlayan yer xidmətləri əməkdaşlarına daha yüksək mükafat veriləcəyini açıqlayıb. Əməkdaşların aşkarladıqları artıq ölçülü hər yük üçün aldıqları bonusun məbləği noyabrdan etibarən 1,5 avrodan 2,5 avroya qaldırılacaq və bununla bağlı məhdudiyyət ləğv ediləcək. Artıq yükü aşkarlanan sərnişinlər isə yüksək miqdarda əlavə baqaj haqları ödəməli olacaqlar. Almaniyanın təyyarə bələdçiləri həmkarlar ittifaqı “Ryanair”in sərtləşdirilmiş nəzarət qaydalarının əlavə problemlər yarada biləcəyini qeyd edib. “Ryanair” isə sərtləşdirilmiş nəzarəti proseslərin sürətləndirilməsi zərurəti ilə əsaslandırır. Bütün əl yükləri uçuşdan əvvəl təhlükəsiz şəkildə salonlarda yerləşdirilməlidir.

Bugün TV

Oxşar xəbərlər

Qazaxıstanda təqribən 150 qədim kurqan aşkarlandı

Bugün TV

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanıldı

Kəmalə Sultan

Namaz qılmayan şəxs oruc tuta bilərmi?

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu