Digər

Avropada “Tesla”nın satışları xeyli azaldı

Bugun.tv xəbər verir ki, “Reuters” agentliyi tərəfindən aparılan araşdırma “Tesla”nın Avropadakı satışlarının xeyli azaldığını göstərib. Fransada satışlar bu ilin avqustunda ötən ilin avqustu ilə müqayisədə 47,3 faiz azalıb. Azalma Danimarkada 42, Niderlandda 50, İsveçdə isə 84 faizdən çox olub. Şirkət Norveçdə satış həcmini 21,3 faiz artırsa da, bu sahədə çinli rəqibi BYD-dən bir qədər geri qalır. Elektrik avtomobillərinə 7 min avroya qədər subsidiya təqdim edən İspaniyada “Tesla”nın satışları 161 faiz, BYD-də isə 400 faiz artıb. Portuqaliyada “Tesla” modelləri üçün sifarişlərin həcmi yeddi aylıq azalmadan sonra avqustda 28,7 faiz yüksəlib. Amerika şirkəti iyulun sonunda ardıcıl ikinci mənfəət azalmasını yaşayıb. Avtomobil istehsalçısı ötən rübdə 1,17 milyard dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni dövründən 16 faiz azdır.

Bugün TV

Oxşar xəbərlər

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

SpaceX Falcon 9 raketinin üst mərhələsi Ay səthinə çırpılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu