Baş xəbər

Səhərini yoqa ilə aç! 

“Bugün TV” xəbər verir ki, Bakının tarixi məkanlarından biri olan Buxara Karvansarasında səhər yoqa praktikası təşkil olunacaq.

Tədbir yoqa təlimçisi İlhamə Şirinovanın rəhbərliyi ilə baş tutacaq.

İlhamə Şirinovanın sözlərinə görə, layihənin əsas məqsədi insanlara günə daha sakit, balanslı və ahəngli şəkildə başlamaq imkanı yaratmaqdır. O bildirib ki, səhərin ilk saatları insanın ruhu və zehni üçün ən təmiz zamanlardan hesab olunur.

“Təbiətin və səhərin enerjisini birlikdə hiss etmək, günəşin ilk işıqlarını qarşılamaq və İçərişəhərin xüsusi atmosferində daxili sakitliyi tapmaq istəyirik”, – deyə İlhamə Şirinova qeyd edib.

Praktika zamanı iştirakçılar yumşaq yoqa hərəkətləri, nəfəs çalışmaları və meditativ məşqlərlə məşğul olacaqlar. Tədbirin tarixi Buxara Karvansarasında keçirilməsi isə səhər proqramına xüsusi ab-hava qatacaq.

Qeyd edək ki, səhər yoqa praktikası mayın 25-də saat 07:00-da keçiriləcək və iştirak ödənişsiz olacaq.

Aynur Camal

Oxşar xəbərlər

Təbriz Məhərrəmoğlu: “Bu kitab türk dünyasının strateji yol xəritəsidir”

Aynur Camal

Qəzzədə şagirdlər məzuniyyət imtahanlarına elektriksiz çadırlarda hazırlaşır

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu