Baş xəbərSosial

Şəhid ailələrinə yardım üçün maliyyə mənbələri genişləndirilib

Bugun.tv xəbər verir ki, Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə müavinətlərin tətbiqi Qaydaları”na dəyişiklik edilib.

Müvafiq sərəncamı Azərbaycanın Baş Naziri Əli Əsədov imzalayıb.

Sənədə əsasən, bundan sonra şəhid ailələrinə və şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə xərclənən vəsaitlər dövlət büdcəsindən, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici dövlətlərin ianələri hesabına formalaşan yardım fondları və s. mənbələrdən, habelə dövlət icbari şəxsi sığorta fondları hesabına veriləcək.

İndiyədək müvafiq şəhər (rayon) icra hakimiyyətlərinin büdcəsindən, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xaricilərin ianələri hesabına formalaşan yardım fondlarından və digər mənbələrdən vəsait ödənilirdi.

Aynur Camal

Oxşar xəbərlər

2 mərtəbəli binada yanğın oldu: 2 yaralı var

Bugün TV

Küçə qaranlığa qərq olub

Nigar Məmmədova

Covid-19-un yeni variantı “BA.2.86” Böyük Britaniyada da aşkar edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu