Baş xəbər

Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsi yad edildi

Çağdaş Azərbaycan mətbuatının fədakar jurnalisti, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri, şəhid Məhərrəm Əli oğlu İbrahimovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Bugun.tv xəbər verir ki, Mahmud Kaşqari adına Beynəlxalq Fondun təşəbbüsü ilə keçirilən anım tədbirində Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev, BDU-nun Jurnalistika fakültəsinin Multimedia və Elektron Kommunikasiya kafedrasının professoru Sevil Həsənova, Üsküdar Universitetinin rektoru, professor Nazife Güngör, Azərbaycan Televiziyasının İctimai-siyasi proqramlar studiyasının Tarix şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun professoru Esmira Fuad, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, AzTV-nin Beynəlxalq Radiosunda proqram rəisi, filologiya üzrə fəlsəfə doktoru Natəvan Atamoğlanova, Bəxtiyar Vahabzadənin ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, fondun əməkdaşı Xəyalə Əfəndiyeva çıxış edərək şəhid jurnalistin mediadan döyüş cəbhəsinə uzanan ömür yolundan söz açıblar. Mərkəzi Elmi Kitabxananın (MEK) nəzdində yaradılan Qarabağ qəhrəmanları fondunda Zəfərimizin memarı olan vətən övladlarının şərəfinə yaradılan xatirə guşəsinin, eləcə də Kaşqari Fondunun təşəbbüsü ilə mütəmadi keçirilən belə anım tədbirlərinin gəncliyimiz üçün böyük əhəmiyyətini diqqətə çatdıran kəlbəcərli ziyalı Arif Süleymanov bu işləri ərsəyə gətirənlərə tədbir iştirakçıları adından minnətdarlıq bildirib.

Milli Məclisin deputatı Cavanşir Feyziyev işğaldan azad olan kəndlərimizi, şəhərlərimizi qarış-qarış, addım-addım gəzərək ermənilərin törətdiyi vəhşilikləri sənədləşdirən şəhid jurnalistin fədakar əməyi nəticəsində hasilə gələn işlərin mənəvi dəyər əmsalının ölçüyəgəlməz olduğunu, Məhərrəm İbrahimovun jurnalist fəaliyyəti boyunca daim hərbi reportyor kimi həm cəbhə bölgəsi, həm də digər ərazilərindən reportajlar hazırlayaraq informasiya müharibəsində ön sıralarda dayandığını bildirib.

Vurğulanıb ki, Məhərrəm İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə Binəqədi rayonunun Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki Sahilboyu küçəsinə Şəhid jurnalistin adı verilib, AZƏRTAC-ın binasında həmkarları tərəfindən unudulmaz xatirəsinə guşə yaradılıb.

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Enerqodar və Zaporojye AES-i bombalayan Ukrayna briqadasını vurdu

Kəmalə Sultan

COVID-19 dövründə tətbiq edilən cərimələrin bir hissəsi geri qaytarılacaq

Aynur Camal

Müharibənin dəhşətli üzü! Onun ölümünə əlində olan dron səbəb oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu