Baş xəbərDünya

Şəhid övladları üçün “Bilimdən Zəfərə” layihəsi reallaşdırıldı

Bugun.tv-yə “ASAN xidmət”-dən verilən məlumata görə, Masallı rayonunda “Bilimdən Zəfərə” layihəsi reallaşdırılıb.

Ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihə “YAŞAT” Fondunun, “ASAN xidmət”in, “İnnovasiyalar Mərkəzi”nin, “Bilim Bakı” Mərkəzinin birgə təşkilatçılığı, Masallı Rayon İcra Hakimiyyətinin və “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə baş tutub.

Məqsəd uşaqların elmə, innovasiyaya və texnologiyaya marağını artırmaq, elmi hadisələrin təcrübədə necə işlədiyini müşahidə etmələrinə imkan yaratmaqdır. Eləcə də onların istirahət günlərinin səmərəli təşkili və dostluq əlaqələrinin möhkəmləndirilməsi əsas hədəflərdir.

Şəhidlərimizin 6-14 yaş aralığındakı övladlarını əhatə edən layihə çərçivəsində iştirakçılara riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya, astronomiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib, proseslərin vizual izahı üçün müşahidələr və təcrübələr aparılıb. Həmçinin maarifləndirici, intellektual oyunlar reallaşdırıb, “Bilim şou” nümayiş etdirilib.

Tədbir müddətində uşaq, vətənpərvərlik, Azərbaycan-Türkiyə qardaşlığı mövzusunda müxtəlif musiqilər və şüarlar səsləndirilib, tamaşa nümayiş etdirilib.

Region əhalisi üçün “İnnovasiyalar Mərkəzi” tərəfindən ulu öndərin 100 illiyinə həsr olunmuş müsabiqələr təşkil olunub.

Sonda iştirakçılara təşəkkürnamələr verilib. “OBA” marketlər şəbəkəsi tərəfindən həm iştirakçılara, həm də müsabiqə qaliblərinə hədiyyələr təqdim olunub .

Növbəti bu cür regional tədbirin 13 may tarixində Tovuz rayonunda keçirilməsi nəzərdə tutulur.

Baş sponsor: “PAŞA Holding”;

Sponsor: “OBA” marketlər şəbəkəsi, “Şaurma N1”;

Media dəstək: “ASAN Radio”.

Aynur Camal

Oxşar xəbərlər

Məşhur türk aktrisası və qızı zəlzələnin qurbanı oldu

Nigar Məmmədova

Anar Eyvazov: “Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri sıradan çıxarılıb”

Bugün TV

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi növbəti seminar keçirilib 

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu