29 C
Baku
28 İyun 2025, 18:44
Digər

Şəhid Təbriz Bəkirovun 30 illik yubileyi kecirilib-VİDEO


Tədbir T.Bəkirovun təhsil aldığı Ucar rayon 1saylı məktəbdə təşkil olunub. Mərasimə şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və dostları qatılıb.

Bugun.tv xəbər verir ki, əvvəlcə şəhidin məzarı ziyarət olunub. Üzərinə tər-çiçəklər düzülüb. Ruhuna dualar oxunub. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Dövlət himni səsləndirilib. Müəllimlər qəhrəman şagirdləri T.Bəkirovdan kövrək və qürur hissi ilə danışıblar. Bir məktəbin iki qəhrəman şəhidi olduğunu vurğulayıblar. Şagirdlər hərbi formada şerlər səsləndiriblər. Kompazisiyalarla çıxış ediblər.

Qeyd edək ki, Təbriz Bəkirov 26 yanvar 1993-cü il Ucar rayon Bagırbəyli kəndində anadan olub. Ali təhsilli idi. Doğmalarının sözlərinə görə, ən böyük arzusu dövlət qulluqçusu kimi xalqına xidmət etmək olub.

2020-ci ilin 27 sentyabrında o da, digərləri kimi, Vətənin səsinə səs verib, döyüşlərə qatılıb. Suqovuşanın azad olunmasında şücayət göstərib.

Oktyabrın 4-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub. Doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına” görə medalları ilə təltif olunub.

Ruhu şad olsun!

Müəllif: Səbinə Mirzəqızı

Bugün TV

Oxşar xəbərlər

Kartlarda olan vəsaitlər vergiyə cəlb olunacaqmı?

Nigar Məmmədova

Mütəxəssis uşağa kitab oxumaq sevgisini necə aşılamaq lazım olduğunu izah etdi

Aynur Camal

Sumqayıtda yaşayış binasında yanğın baş verib

Aynur Əfəndi Zadə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu