Baş xəbərDünya

Səhra xəstəxanası bombalandı

İran sionist işğal rejiminin İran Qızıl Aypara Cəmiyyətinin Livan-Suriya sərhədində yerləşən səhra xəstəxanasını bombaladığını açıqlayıb.

İran Qızıl Aypara Cəmiyyətinin X sosial media hesabından verilən açıqlamada Livan-Suriya sərhədində qurulan səhra xəstəxanasının işğalçılar tərəfindən bombalandığı bildirilib.

Hücum zamanı 56 çarpayılıq və dərman anbarından ibarət səhra xəstəxanasının tamamilə yandığı bildirilib.

İran Qızıl Aypara Cəmiyyətinin prezidenti Pir Hüseyn Kolivend, hücumda heç bir can itkisinin olmadığını bildirərək, “Bütün tibb qrupumuz təhlükəsizdir, lakin xəstəxananın təcili yardım maşınları, sağlamlıq avadanlıqları və ləvazimatları məhv edilib” deyib.

İranın Qızıl Aypara Cəmiyyəti oktyabrın 6-da Livan-Suriya sərhədində səhra xəstəxanası qurduğunu açıqlayıb.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Lavrov və Cayşankar Nyu-Dehlidə strateji tərəfdaşlığı müzakirə ediblər

Aynur Camal

Yapon professorun 6 məşqi gündə 10 min addımı əvəz edir

Aynur Camal

Məhəmməd Əsədullazadə: ABŞ-İran danışıqları dalana dirənib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu