Mədəniyyət

Səma ilə Görüş” filminin təqdimatı

Bugun.tv xəbər verir ki, Azərbaycan Kino Mərkəzi, kinosevərlərin böyük marağına səbəb olan “Səma ilə Görüş” filminin təqdimatı keçirilib. Filmin  baş prodüseri, Azərbaycan kino Mərkəzin təsisçisi Orxan Mərdan, rejissoru Rüfət Şahbazovdur. Filmin ssenarisi Orxan Mərdan, Vüqar Hüseynov və Talıb Əhmədov tərəfindən qələmə alınmışdır. Operatorluğunu Şahmar Səfəroğlunun üstələndiyi filmin icraçı prodüseri Fuad Cəfərov, prodüseri isə Amiran Babayevdir.  Azərbaycan kinosuna yeni nəfəs gətirəcək olan bu əsər, izləyicilərə unikal təcrübə vəd edir.

Səma və dostları, dələduzluqla əldə etdikləri pulları ağır xəstəliklərdən əziyyət çəkən insanlara yardım etmək üçün xərcləyən, müasir dövrümüzün Robin Qudlarıdır. Xeyirxah əməllərinə görə onları tərif edən də var, tənqid edən də. Dostların həyatı maraqlı hadisələrlə doludur. Lakin bir gün həyat onlara elə bir zarafat edir ki, dostların özlərinin yardıma ehtiyacı olur. Filmin sujet xətti, Səma və dostlarının həyatını, onların seçimlərin və bu seçimlərin gətirəcəyi nəticələrin təsiri ilə dəyişib, filmin sonunda onları gözləyən həyat dərsinə doğru aparacaqdır. Bu yolda onlar qurban verməli və dost dedikləri insanlardan imtina etməli olacaqlar. Rafael İsgəndərov, Taleh Yüzbəyov, İlkin Həsəni, Kəmalə Piriyeva, Turanə Hüseynli və Əlibəy Məmmədli kimi tanınmış simaların canlandırdığı obrazlar, filmin dramatik, hərəkətli və komediyalı məzmununu daha da zənginləşdirir.

Filmin sujet xətti tamaşaçıları həm ağladacaq, həm güldürəcək, həm də düşündürəcək səhnələrlə doludur. Bu da onu tamaşaçılar üçün qaçılmaz bir kino hadisəsinə çevirir.

Orxan Mərdanın rəhbərliyi , yaradıcı komandanın əziyyəti ilə başa gəlmiş “Səma ilə Görüş” filmini, Azərbaycan Kino Mərkəzi olaraq sizlərə təqdim etməkdən qürur duyuruq.

Mənbə rockvell.com

Bugün TV

Oxşar xəbərlər

CinemaPlus-da “Barbenheimer” fenomenal ajiotaj yaratdı

Kəmalə Sultan

Beynəlxalq yazıçılar günü qeyd olundu

Aynur Camal

Xocalı itkinləri mövzusunda çəkilmiş “13” adlı bədii-sənədli filmin premyerası olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu