25 C
Baku
27 İyul 2024, 3:49
Dünya

Səma narıncıya çevrildi

Yunanıstanın cənubu Saharadan gələn qum fırtınasına məruz qalıb.

Şimal-qərb küləyi Saharadan Yunanıstanın cənubuna qum fırtınası gətirib.

Afinanın səması narıncıya çevrildi. Bu barədə Yunanıstan portalları, o cümlədən Potothema məlumat yayıb.

Amerikanın NASA Aqua peykindən alınan görüntülər “Qırmızı Minerva” adı verilən Afrika tozunun sıx dalğasını yüksək dəqiqliklə göstərir. Bulud Şərqi Aralıq dənizini və əsasən Yunanıstanı bürüdü. Eyni zamanda bəzi şəhərlərdə havanın temperaturu 35-i keçir.

AccuWeather xidmətinin məlumatına görə, Yunanıstanın cənubunda havanın keyfiyyəti xeyli pisləşib: toz nəfəs almaqda çətinlik, öskürək və gözlərin qıcıqlanmasına səbəb ola bilər. Yunanıstan xəstəxanalarında tənəffüs yolları xəstəlikləri olan xəstələrin sayı artıb. Səhiyyə Nazirliyi yerli sakinlərə açıq havada fiziki fəaliyyətlə məşğul olmamağı tövsiyə edib.

Ötən gün Liviyanın şərqində Saharadan gələn güclü qum fırtınası səbəbindən hava hərəkəti dayandırılıb. Dövlət xidmətləri və təhsil müəssisələri də müvəqqəti bağlanıb.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Qızmar istilər nəticəsində 46 nəfər öldü

Bugün TV

Twitch üç milyon rubl cərimə edildi

Kəmalə Sultan

İlon Mask dünyada demoqrafik böhran barədə xəbərdarlıq etdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu